Allergiyanız varsa vaksini klinikalarda vurdurun! - Türk həkimdən məsləhətlər

  • 2021.06.23 13:41
  • 1455 Baxış
Allergiyanız varsa vaksini klinikalarda vurdurun! -  Türk həkimdən məsləhətlər
Allergiyası olanlar vaksini həkim nəzarəti altında, klinikalarda vurdurmalıdırlar.

Medicina.az xəbər verir ki, türkiyəli həkim Zeynep Ferhan Özşeker allergiyası olanlarla bağlı önəmli məsləhətlər paylaşıb:

“Bir çox insan allergiyası olduğuna görə vaksinasiya olunmaqda tərəddüdlər yaşayırlar. Bəzi insanlarda vaksinin tərkibində olan polietilen glikol və polisorbat maddələrinə qarşı şiddətli allergiyalar, yan təsirlər ola bilər. Bunun üçün isə müxtəlif vaksin seçimləri var. Ağrıkəsicilərdən tutmuş bir çox dərmanların yan təsirləri ola bilər.

Ümumiyyətlə, anafilaksiya olduğu zaman həmin şəxsin allergiyası olduğu maddələrlə təması təcili dayandırılmalıdır. Xəstəni uzandırıb ayaqları qaldırılmalı, nəfəs yolları açılmalıdır. Təcili xəstəxanaya aparılmalıdır. Qidalara qarşı allergiyası olanlar alış-verişdə etiketləri yaxşı oxumalı, diqqətli olmalıdırlar”.