Alman müğənnisi peyvəndindən sonra üz iflici keçirdi - Konsertlər təxirə salındı

  • 14 Sen 2021 15:31
  • 472 Baxış
Alman müğənnisi peyvəndindən sonra üz iflici keçirdi -  Konsertlər təxirə salındı
Berlinin opera müğənnisi Bettina Ranç koronavirus peyvəndindən sonra vaksinin əks-təsiri ilə üzləşib və onda yüngül üz iflici simptomları yaranıb. Xəstəxanaya aparılan ifaçı yaxın həftədə bütün çıxışlarını, konsertlərini təxirə salıb.

Medicina.az xəbər verir ki, bu barədə Berliner Zeitung saytı məlumat verib.

Müğənni 3 həftə əvvəl Pfizer vaksini vurdurub.

Vaksin günü o özünü yaxşı hiss edib. Lakin sonradan özündə bəzi simptomlar hiss edib və bu barədə öz sosial şəbəkəsində mütəmadi statuslar paylaşıb.

Hazırda onda hərəkət kordinasiyası pozulması, baş ağrısı və üzün yuxarı hissəsinin hissiyatsızlığı var. Bu da onun səhnəyə çıxıb oxumasına mane olur.

“Vaksinin uzun müddətli və ciddi əks təsirlərindən sonra müalicə ilə məşğul olduğumdan hazırda səhnəyə qayıda bilmərəm. Ümid edirəm, tezliklə ayağa qalxa biləcəm”