Almaniyada pandemiya dövründə 500-ə yaxın uşaq intihara cəhd edib

  • 08 Yan 2022 17:56
  • 568 Baxış
Almaniyada pandemiya dövründə 500-ə yaxın uşaq  intihara cəhd edib
Almaniyada ikinci sərt karantin rejimi dövründə 500-ə yaxın uşaq intihara cəhd edib.

Medicina.az xəbər verir ki, bu barədə Essen şəhər Universitet Klinikası məlumat yayıb.

Məlumata görə, intihara cəhd edənlərdən 27-si hazırda xəstəxanaların reanimasiya şöbələrində müalicə olunur.

Belə ki, intihar hadisələri 2021-ci ilin ilk rübündə qeydə alınıb. Bu isə 2017-ci ildən 2019-cu ilə qədər olan uşaq intiharlarının cəmindən üç dəfə çoxdur.

Mütəxəssislərin fikrincə, ikinci sərt karantin rejimində intihar hadisələrinin artmasına səbəb məktəblərin uzun müddət bağlı qalması və valideynlərin uşaqlarına hədsiz təzyiq göstərmələri olub.

Essen şəhər Universitet Klinikasının məlumatında qeyd edilir ki, uzun müddət dostları ilə görüşməyən uşaqlar özlərinə qapanıb və nəticədə depressiyadan əziyyət çəkiblər.

Qeyd edək ki, Almaniya hökuməti keçən il uşaqlar və gənclər üçün koronavirusla bağlı tədbirlərin mənfi nəticələrini azaltmaq üçün təxminən 2 milyard avroluq dəstək paketini təsdiqləyib.