Almaniyada peyvənddən sonra koronavirusu digərlərinə yoluxdurma faktı - QEYDƏ ALINDI

  • 2021.04.08 17:07
  • 2104 Baxış
Almaniyada  peyvənddən sonra koronavirusu digərlərinə yoluxdurma faktı   - QEYDƏ ALINDI


Alman həkimləri, kovid vaksini olunduqdan sonra virusun super daşıyıcısı və yoluxdurucusu olan pasiyent aşkarlayıblar.


Medicina.az xəbər verir ki, bu pandemiya tarixində vaksinasiya ilə bağlı ilk belə hadisədir. Buna qədər həkimlər peyvənd olunan şəxsin virus daşıyıcısı və yayıcısı olmadığına əmin idilər.

Belə ki, alman şəhərcisi Qalledə Müqəddəs Yelizaveta xəstəxanasında yeni koronavirusa yoluxma ocağı alovlanıb.
Xəstəxananın direktoru Henrik Lidtke bildirib ki, xəstəxanada daxili epidemioloji araşdırma yoluxma mənbəyinin bir adam olduğunu üzə çıxarıb.

Epidemiologiyada buna superyayıcılar –superspreaders deyilir.


Klinikanın əməkdaşı olan qadın 3 gün əvvəl koronavirus peyvəndinin ikinci dozasını da alıb. Peyvəndin adı çəkilmir.
Qadın özünü yaxşı hiss edib, heç bir xəstəlik əlaməti olmayıb. PÇR test və analizlər qadında həddən artıq yüksək virus yüklənməsi aşkar edib.

Çox güman ki, qadın şəhərdə yayılan Britaniya ştammına yoluxub.
Lakin peyvənd olunduğundan o yoluxsa da bunu hiss etməyib. Sadəcə peyvənd olunmuş insanın bu qədər virus yükü daşıyıcısı olması qəribədir. Belə hallara nadir rast gəlinir.


Bu fakt onu göstərir ki, peyvənd olunmuş şəxslər də virus daşıyıcı ola bilər. Bundan sonra bu hallar nəzərə alınmalıdır.
Qeyd edək ki, bu fakt zamanı qadın 20-dən çox insanı yoluxdurub.