Almaniyada yoluxanların sayı 1 milyonu ötdü

  • 2020.11.27 09:43
  • 1049 Baxış
Almaniyada yoluxanların sayı 1 milyonu ötdü

Almaniyada son sutkada 22 806 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bunu ölkənin Səhiyyə Nazirliyinə bağlı Robert Kox İnstitutu açıqlayıb.

Məlumata görə, eyni dövr ərzində Qərbi Avropa ölkəsində 426 nəfər virusun qurbanı olub.

Beləliklə, Almaniyada indiyədək 1 006 394 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 15 586 nəfəri ölüb.

Qeyd edək ki, Almaniyada karantin rejimi noyabrın 2-dən qüvvədədir. Məhdudiyyətlərin dekabr ayına qədər davam edəcəyi planlaşdırılsa da, infeksiyanın yayılma dinamikası istənilən qədər azalmayıb. İndi ölkədə restoran, bar və digər ictimai iaşə müəssisələri bağlanır, yemək və içkilərin yalnız sifarişlə satılmasına icazə verilir. Fitnes klubları, döymə salonları, üzgüçülük hovuzları, gözəllik və masaj studiyaları, teatrlar, kinoteatrlar və konsert salonlarının fəaliyyəti də dayandırılıb.