Almaniyada yoluxanların sayı 1,6 milyonu keçdi

  • 2020.12.25 10:39
  • 890 Baxış
Almaniyada yoluxanların sayı 1,6 milyonu keçdi

Almaniyada koronavirusa yoluxma hallarının sayı 1,6 milyonu keçib.

Medicina.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniya Səhiyyə Nazirliyinin strukturna daxil olan və ölkədə COVID-19 ilə bağlı statistika aparan Robert Kox İnstitutunun məlumatlarından görmək olar.

İnstitutun məlumatına görə, son sutka ərzində Almaniyada koronavirusa yoluxma hallarının sayı 25 533 vahid artıb, 412 nəfər isə COVID-19 qurbanı olub. Bununla da ölkədə aşkar olunan yoluxma hallarının ümumi sayı 1 612 648-ə çatıb. Pandemiya başlayandan bəri 29 182 COVID-19 xəstəsi ölüb.