Almaniyalı nazir koronavirusa yoluxdu

  • 2023.09.19 08:56
  • 1690 Baxış
Almaniyalı nazir   koronavirusa yoluxdu
Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistoriusun ardınca Almaniyanın maliyyə naziri Kristian Lindner koronavirusa yoluxub.

Medicina.az xxarici mətbuata istinadən xəbər verir ki, K.Lindnerin koronavirusla bağlı testi pozitiv çıxıb. Bununla əlaqədar olaraq, nazirin yaxın günlərdə keçiriləcək bütün görüşləri ləğv edilməli olub.


Maliyyə Nazirliyinin rəhbərində xəstəliyin yüngül simptomları var. O evdən işləyir.