Alsgeymeri olan xəstələrin beynində bu defisit aşkarlandı

  • 2023.08.16 16:33
  • 2614 Baxış
Alsgeymeri olan xəstələrin beynində  bu defisit aşkarlandı

Virciniya Texnoloji institutunun alimləri Alsgeymer xəstələrinin beynini tədqiq edərək, xəstəliyə səbəb olan defisiti tapıblar.

“Medicina” xəbər verir ki, onlar demensiyalı xəstələrin donor beyinlərini tədqiq edib.


Məlum olub ki, bu xəstələrin beynində lütein, likopin və tokoferollar kifayət qədər azdır.
Bu vacib antioksidantların miqdarı normadan 2-3 dəfə az idi.



Gözün torlu qişası da lütein və zeaksantini qidadan alaraq, özündə toplayır, bu görməni yaxşılaşdırır və fotoreseptorları qoruyur.

Alimlər məhz makulyar piqmentin sıxlığının müayinəsi ilə baş beyində lüteinin konsentrasiyasını təyin ediblər.

Nəticələr göstərir ki, karotonidlər və antioksidantlarla zəngin qidalar yemək və ya qəbul etmək Alsgeymer diaqnozu qoyulsa da koqnitiv pozulmaları yavaşıda bilər.

Digər araşdırmaya görə, Aralıq dənizi dietası və MİND dietalar demensiya və Alsgeymerə qarşı effektivdir.

Aygün Musayeva