Alsgeymerlə mübarizə üçün ən yaxşı qida açıqlandı

  • 2023.09.19 17:13
  • 1583 Baxış
Alsgeymerlə mübarizə üçün ən yaxşı qida  açıqlandı
Alimlər Alsgeymerə qarşı sarı pendirin təsirini araşdırıb və koqnitiv funksiyaları yaxşılaşdırdığını müəyyən edib.

“Medicina” xəbər verir ki, Cənubi Koreya alimləri yaşlı insanlar üzərində təcrübə aparıblar.
Tədqiqatda 1516 nəfər 65 yaşdan yuxarı yapon iştirak edib.


İlk növbədə alimlər onların rasionunu təhlil edib və kimin çox pendir yediyini müəyyən edib.

Məlum olub ki, gündəlik menyusunda pendir olan yaponların yaddaşı və diqqəti daha yaxşıdır və olduqları yeri yaxşı qavrayır, azmırlar.

Pendir yeyənlərin digər sağlamlıq göstəriciləri də digərlərindən yaxşı olub.

Ona görə də alimlər 50 yaşdan sonra bərk pendir növlərini menyuya daxil etməyi israrla bildirir.

Aygün Musayeva