Alsheymerdən qorunmaq üçün qəhvəni belə içməlisiz

  • 2024.01.23 19:53
  • 750 Baxış
Alsheymerdən qorunmaq üçün qəhvəni belə içməlisiz

Qəhvənin Alsheymerin profilaktikasında rol oynadığı sübut olunub. Bəs bunun üçün neçə fincan qəhvə içməliyik?



“Medicina” xəbər verir ki, endokrinoloq Zuhra Pavlova bunun yolunu açıqlayıb:


“Qəhvə həqiqətən də Alsheymer və Parkinson kimi neyrodegenerativ xəstəliklərin riskini azaldır.


Bu kofeinin, qəhvə dənələrinin iltihab əleyhinə, onkologiya əleyhinə, antioksidant, hepatoprotektor təsiri ilə bağlıdır. Qəhvədə 100-dən artıq birləşmə var, hələ onların yarısını elm aça bilməyib.
Qəhvənin mərkəzi sinir sisteminə müsbət təsiri sübut olunub.


Qəhvə təkcə içildiyi anda gümrahlıq vermir, onun daha sonrakı təsiri də var.

İtaliyalı nevroloqlar qəhvədə olan bioloji aktiv maddələrin motorika və əsmə ilə mübarizə apardığını sübut edib.

Qəhvə müalicəvi təsiri ilə Parkinsonu 28%, Alsheymeri 69% azaldır.

Əsas şərt: qəhvə dənəli, təbii, təmiz olmalı, dəmlənməli və şəkərsiz içilməlidir.

Sutkada cəmi 1-2 kiçik fincan qəhvə sizi bu xəstəliklərdən qoruya bilər. Qəhvə litrlərlə içmək üçün deyil.

Qəhvəni səhər acqarına və qidasız qəbul etmək olmaz”.


Aygün