Altını isladan uşaqların valideynlərinə önəmli məsləhətlər

  • 2020.09.18 12:06
  • 4375 Baxış
Altını isladan uşaqların valideynlərinə  önəmli məsləhətlər

Türkiyəli həkim Etem Pişkin uşaqlarda altını islatmağın çox rastlanan bir xəstəlik olduğunu və bunun başqa xəstəliklərin xəbərçisi olduğunu deyib.

Medicina.az həmin xəbəri təqdim edir:

Həkim təxminən 100 uşaqdan 15-də bu hala rastlandığını qeyd edib. Uşaqlarda 5 yaşına qədər altını islatmağın normal olduğunu amma bununla bərabər başqa problemlər olarsa diqqətli olmağı məsləhət görür: “Uşaq idrar zamanı yanma hiss edərsə, kəsik-kəsik sidiyə çıxarsa, gündə 8-dən çox və ya 3-dən az gedərsə, bunun başqa səbəbləri ola bilər. Bu anaları yoran və uşağın psixologiyasına mənfi təsir edən bir haldır. Daha əvvəl altını islatmayan, hər-hansı şikayəti olmayan, idrar kontrolunu saxlayan uşaqlar daha sonradan altını islatmağa başlayarsa diqqətli olmaq lazımdır. Doğumdan sonra altını isladanla, daha sonradan edən uşaq arasında fərq var. Çox su içən, sidiyə çox gedən və gecələr altını isladan uşaqlarda mütləq şəkəri yoxlanılmalıdır. Bu hal oğlanlarda qızlara nisbətən daha rastlanır. həmçinin burada ailə faktoru da önəmli rol oynayı”..

"Uşağınıza qışqıraraq deyil, həkimlərlə birlikdə həll yolu axtarmaq lazımdır”

“Yaş irəlilədikcə altını islatma halları azalır. Bunun əsas səbəblərindın biri sidik torbasındakı əzələlərin toplanması, inkişafı və uşağın özünü idarə etməyə başlamasıdır. Ailələr uşaqların bunu istəyərək etmədiklərini bilməlidir. Valideynlər hirlənmə, qışqırma, şiddət göstərmə kimi hərəkətlərdən uzaq durmalıdır. Bunun bir çox müalicə üsulları var. Bunu ona bağıraraq deyil, həkimlərlə birlikdə həll etməyə çalışın”.

Aygün Nəbiyeva