Altsheymer xəstəliyinin qarşısını alan 7 VƏRDİŞ

  • 02 İyn 2022 15:39
  • 1233 Baxış
Altsheymer xəstəliyinin qarşısını alan  7 VƏRDİŞ

ABŞ alimləri yeni elmi tədqiqatda yaşlanma ilə bağlı yaddaş və əqli pozulmanın qarşısını alan 7 əsas vərdişi aşkarlayıb.


Bakupost.az xəbər verir ki, Missisipi Universitetinin tibbi mərkəzində 30 il ərzində 8823 könüllü üzərində müşahidələr aparılıb. İştirakçıların orta yaş həddi 50-55 yaş olub.


Alimlər onların hazırkı vəziyyəti ilə 20 il sonrakı vəziyyətini 7 faktor üzrə qiymətləndirib:

Fiziki aktivlik, idman, siqaretdən imtina, düzgün qidalanma, çəkinin azalması, təzyiqin, xolesterin və şəkərin normada saxlanması.
Məlum olub ki, hətta ən az dərəcədə bu 7 vərdişin bəzilərinə əməl etmək insanı Altsheymerdən qoruyur.

Ən yüksək genetik risk olsa belə, sağlam həyat tərzi demensiya inkişafının qarşısını alır.