Alzheimer xəstəliyinin daha bir səbəbi tapıldı

  • 2024.03.14 12:59
  • 394 Baxış
Alzheimer xəstəliyinin daha bir səbəbi tapıldı
Alzheimer xəstəliyinin yeni səbəbi müəyyən olunub.

Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, amerikalı molekulyar bioloqlar “APOE4” mutasiyasının beynin dəstəkləyici hüceyrələrində piy damcıları əmələ gətirdiyini aşkarlayıblar. Məlum olub ki, bu da Alzheimer xəstəliyinin inkişafının sürətlənməsinə səbəb olur.

Alimlər bunları bəzi immun hüceyrələrinin bakterial infeksiyalara cavab olaraq yağ ləkələri əmələ gətirməsinə oxşadıblar:

“Bu yağ ləkələri beta-amiloid və digər zəhərli zülallara cavab olaraq beynin dəstəkləyici hüceyrələri olan mikroqlia tərəfindən istehsal olunur”.

Yeni tapıntının Alzheimer xəstəliyi ilə mübarizə üçün yeni üsulların yaradılmasına gətirib çıxaracağı ümid edilir.

Qeyd edək ki, araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.

Aysel