Amerikalı alimlər autizmin səbəbini tapdı

  • 2022.10.10 15:26
  • 2724 Baxış
Amerikalı alimlər autizmin səbəbini    tapdı

İri şəhərlərin çirkli havası və ekoloji vəziyyəti bir sıra beyin pozulmalarına səbəb olur. Bunlar Parkinson, Alsgeymer, şizofreniya və s.-dir.


Eyni zamanda şəhərlərdə milyonlarla insan yaşayır, amma bu xəstəliklər 100 mində 100-200 nəfərdə baş verir.

"Medicina" xəbər verir ki, alimlər auitizm, yaşlılarda isə Alsgeymerin həqiqətən də çirkli havadan, yoxsa digər səbəblərdən olduğunu araşdırıb.

Dyuka universitetinin alimləri hamilə siçanlar üzərində eksperiment aparıblar.

Onların aldığı havanı qəsdən dizellə çirkləndiriblər.

Üstəlik onlara müxtəlif stress formaları yaşadıblar.

Daha sonra onların dünyaya gətirdiyi siçanlarda autizm olub-olmadığı araşdırılıb.
Məlum olub ki, erkək bala siçanların 90%-də autizm problemləri yaranıb.

Dişilərdə isə az-çox beyin qaydasında olub.

Həm çirkli hava, həm stress autizmi artırır. Amma alimlər artıq autizmlə bağlı 60 yeni gen əmələ gəldiyini də bildirir.
Ona görə gələcəkdə autizm genetik olacaq və şəraitdən asılı olmayaraq ata-anadan ötürülərək üzə çıxacaq.

Aygün Musayeva