Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Amerikalı alimlər koronavirusun iki yeni mutasiyasını aşkarladı

  • 2021.01.14 09:49
  • 1676 Baxış
Amerikalı alimlər koronavirusun iki yeni mutasiyasını aşkarladı


ABŞ-ın Ohayo Universitetinin alimləri koronavirusun iki yeni mutasiyasını aşkarlayıb.

Medicina.az xəbər verir ki, bu barədə universitet bəyanat yayıb.

Məlumata görə, növlərdən biri "Britaniya mutasiyası” ilə oxşardır, ikincisi isə daha yoluxucudur.

Bəyanatda bildirilir ki, Britaniya mutasasiyasına oxşar növ əslində ABŞ-da yaranıb. Digər növ SARS-Cov-2-də rast gəlinməyən üç genetik mutasiyanı daşıyır.

Sözügedən mutasiyalardan biri Ohayo şəhərində, digəri isə Kolumbusda aşkarlanıb.