Analıq məzuniyyətinin müddəti artırılsın - Təklif

  • 2024.01.18 09:26
  • 1098 Baxış
Analıq məzuniyyətinin müddəti artırılsın -  Təklif
Hamiləliyə və doğuma görə əmək məzuniyyətinin artırılmasını təklif edirik.




Medicina.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, 126 gün mövcud qanunvericilikdə nəzərdə tutulub:

“Təklifimiz bu müddətin 140 günə çatdırılmasıdır. Yəni doğuşdan sonra olan məzuniyyətin də 14 gün artırılmasını təklif etmişik. Həmçinin, patoloji doğuşa, iki və üç uşaq dünyaya gətirmiş qadınların əmək məzuniyyətinin artırılmasına da baxa bilərik”.