Tayvanda yaşayan bir qadın şiddətli ağrı səbəbindən xəstəxanaya müraciət edib. Müayinələr zamanı böyrək iltihabı və çoxsaylı böyrək daşları aşkar edilib.
Medicina.az xəbər verir ki, əməliyyat zamanı həkimlər onun böyrəyindən 300-dən çox daş çıxarıblar. Tibbi qrup xəstənin uzun müddətdir su əvəzinə əsasən çay və digər şəkərli içkilər qəbul etdiyini bildirib.
Mütəxəssislərin fikrincə, kifayət qədər su qəbul etməmək və həddindən artıq şəkərli içki qəbul etmək böyrək daşı əmələ gəlməsi riskini artıra bilər. Lakin həkimlər vurğulayırlar ki, bu cür hallarda qidalanma vərdişləri, ümumi sağlamlıq və genetik amillər də rol oynaya bilər.
.
Aygün
Medicina.az