Anemiya xərçəngdən xəbər verə bilər

  • 2023.05.08 18:20
  • 1298 Baxış
Anemiya xərçəngdən xəbər verə bilər
Dəmir çatışmazlığı anemiyası bağırsaq xərçənginin erkən xəbərdarlıq əlaməti hesab edilir.

“Medicina” xəbər verir ki, kolorektal xərçəng (kolon xərçəngi) yüksək ölüm nisbəti ilə ən çox yayılmış bədxassəli xəstəliklərdən biridir.


Sent-Luisdəki Vaşinqton Universitetinin alimləri belə nəticəyə gəliblər ki, orqanizmin vəziyyətindəki bəzi dəyişikliklər bağırsaq xərçənginin erkən siqnalları ola bilər.

Elm adamları üçün maraqlı 50 yaşdan əvvəl bağırsaq xərçəngi diaqnozu qoyulmuş subyektlər idi .Xəstəliyin belə başlanğıcı atipik olaraq erkən sayılır.

Onlar müəyyən ediblər ki, bu xəstələrdə xərçəng aşkarlanana qədər bir müddət ümumi əlamətlər olub.

Qarın ağrısı, bağırsaqlarda qanaxma, ishal; dəmir çatışmazlığı anemiyası - bu simptomlar diaqnoz qoyulmazdan üç aydan iki ilə qədər öncədən baş verə bilər.

Həmçinin hesablamalar nəticəsində sübut olunub ki, simptomlar orta yaşlı insanlarda nə qədər çox olarsa, onların kolorektal xərçəngə tutulma riski bir o qədər çox olur .

Layihənin aparıcı tədqiqatçısı M.D.Yin Cao qeyd edib ki, orqanizmin ən qorxulu siqnalları anemiya və anusdan qanaxmadır. Bu əlamətləri olan şəxs ən qısa müddətdə həkimə müraciət etməli, kolonoskopiya olunmalıdır.

Aynurə Məmmədova