Anemiyası olan kişilərin mədə-bağırsağı yoxlanmalıdır

  • 2023.04.27 16:26
  • 1305 Baxış
Anemiyası olan kişilərin mədə-bağırsağı yoxlanmalıdır
Kişi onkologiyası bəzən sadə bir anemiya ilə özünü göstərə bilər.

"Medicina" xəbər verir ki, rusiyalı həkim Aleksandr Myasnikov " anemiyanın kişi onkologiyasının birbaşa əlaməti olduğunu açıqlayıb.


"Anemiya uşaq və qadınların 30% -də var, çox zaman adi hal kimi qəbul edilir. Amma kişilərdə az halda rastlamır. Ona görə də kişidə qanazlığı olarsa, mütləq həkimə müraciət edilməlidir.

Adətən, kişilərdə qan və dəmir çatışmazlığı xora, polip və hətta xərçəng xəstəliyini göstərə bilər. Ona görə qanazlığı görən kimi, qanı artıran qidalar qəbul etməkdənsə, mədə və bağırsaq zondla yoxlansın".

Aygün Musayeva