BƏƏ-də havanın temperaturu may ayı üçün rekord səviyyəyə çatıb.
"Medicina" xəbər verir ki, Milli Meteorologiya Mərkəzinin verdiyi məlumata görə, şərqdəki Sveyhan rayonunda temperatur 51,6 dərəcəyə yüksəlib, Əbu-Dabidə isə 50,4 dərəcə qeydə alınıb.
Bölgədə bu il həmişəkindən daha tez kəskin istilər düşüb. Milli Meteorologiya Mərkəzinin məlumatına görə, aprel ayında orta maksimum temperatur rekordu 42,6 dərəcəyə çatıb.
BƏƏ səlahiyyətliləri sağlamlıqla bağlı xəbərdarlıqlar edib və insanları günün isti saatlarında açıq havada fiziki fəaliyyətdən çəkinməyə çağırıblar.
Bakıda isə yaxın 2 gündə istiliyin 28 dərəcəni keçəcəyi bildirilir.
Aygün M