Antalyanın meri koronavirusa yoluxdu

  • 2020.08.17 10:20
  • 2511 Baxış
Antalyanın meri koronavirusa yoluxdu

Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Mühiddin Böcəyə COVID-19 diaqnozu qoyulub.

Medicina.az xəbər verir ki, bu barədə Mühiddin Böcək “Twitter” səhifəsində yazıb.

O, hazırda özünü yaxşı hiss etdiyini, həkimlərin müşahidəsi altında olduğunu vurğulayıb.

“Xahiş edirəm, maska istifadəsi, gigiyena və sosial məsafə qaydalarına riayət edin. Ümid edirəm, yaxın zamanda görüşəcəyik”, - deyə o bildirib.

Xatırladaq ki, Türkiyədə indiyədək 249 309 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 5 974 nəfər ölüb, 230 969 nəfər isə sağalıb. Hazırda ölkədə 12 mindən çox aktiv koronavirus xəstəsi var.