"Antibiotikin koronavirusa qarşı heç bir təsiri yoxdur" - Həkim-infeksionist

  • 2021.09.23 17:25
  • 1221 Baxış
"Antibiotikin koronavirusa qarşı heç bir təsiri yoxdur" -  Həkim-infeksionist
Son dövrdə, xüsusilə də orta yaşlı insanlar koronavirusu keçirdikdən sonra 2-3 ay ərzində özlərini toparlaya bilmirlər. Bəs görəsən bu prosesdə təyin edilən dərmanlar digər orqanlarda da narahatlıq yarada bilər?

Bəzi həkimlər bu xəstəliyin müalicəsində antibiotik müalicəsini tövsiyə etsələr də, bəziləri isə konkret olaraq antibiotik olmaz deyir. Bəs insanlar nə etməlidir?

Medicina.az xəbər verir ki, həkim-infeksionist Nicat Əzimli koronavirusun müalicəsindən danışıb.

Həkim deyir ki, COVID sonrası pasiyentlərdə, əsas ağciyərlər olmaqla, digər daxili orqanlarda da geridönməz proseslər baş verə bilir:

“Mən və digər infeksionist həmkarlarım bunun yerinə antibakterial deməyi üstün tuturuq. Çünki antibiotik deyiləndə bu maddələrin hədəfinin nə olduğu düzgün ifadə olunmur. Antibiotiklər bakterial infeksion xəstəliklərdə istifadə olunan və burada effektiv olan preparatlardır. Yəni, antibiotiklərin hədəfi bakteriyalardır, viruslar deyil. Bunların virusa qarşı heç bir effekti yoxdur. Hansı ki, COVID-19 xəstəliyinin törədicisi də SARS-CoV-2 virusudur. Virusa qarşı istifadə olunan preparatlar antiviral adlanır və bu antiviralların da hər xəstədə tətbiq olunması doğru deyil. Həkim müayinəsi zamanı buna ehtiyac olub-olmaması dəqiqləşdiriləndən sonra həmin dərmanlar xəstəyə təyin oluna bilər”. /oxu.az/