Antibiotiklər yoğun bağırsaq xərçənginə səbəb olur Araşdırma

  • 2021.07.14 12:20
  • 1146 Baxış
Antibiotiklər yoğun bağırsaq xərçənginə səbəb olur   Araşdırma
Mütəxəssislərin yeni araşdırmasına görə, antibiotik istifadəsi qalın bağırsaq (kolon) xərçəngi riskini artırır.

Medicina.az xəbər verir ki, araşdırmaya 1999 və 2011-ci illərdə diaqnozu qoyulan 5 min 281-i kolon, 2 min 622-si qalın bağırsaq olmaqla 7 min 903 kolorektal xərçəng xəstəsi qatılıb.

Araşdırma nəticələrinə görə, antibiotik istifadəsi bütün yaş qruplarında kolon xərçəngi riskini artırır. Amma 50 yaşdan aşağı xəstələrdə risk 50 faiz daha çoxdur.

Qeyd edək ki, araşdırmanın nəticələri "Annals of Oncology" jurnalında yayımlandı.