Antidepressant əvəzinə kefir için

  • 2024.04.02 21:30
  • 1074 Baxış
Antidepressant əvəzinə kefir için
Kefir ən faydalı içkilərdən hesab edilir. Bunun səbəbi kefirin orqanizm üçün yararlı olan prebiotiklərlə zəngin olmasıdır.

Medicina.az kefirin faydalarını təqdim edir:


- Yüksək qida dəyərinə malikdir.

- B12 vitamini və digər B qrupunun vitaminləri ilə zəngindir.

- Koqnitiv funksiyaları gücləndirir.

- Ürək-damar xəstəliklərinə qarşı qoruyucu xüsusiyyətlərə malikdir.

- Qan təzyiqini tarazlaşdırır.

- Əzələ, sümük və diş sağlamlığını qoruyur.

- Toxluq təmin edərək arıqladır.

- Yaxşı biotin mənbəyi kimi dərini gözəlləşdirir və dermatoloji xəstəliklərin müalicəsinə kömək edir.

- Qaraciyər və böyrək xəstəliklərindən qoruyur.

- Probiotik mənbəyi olduğu üçün həzm sistemini və bağırsaq florasını tənzimləyir.

- İmmuniteti dəstəkləyir.

- Kefir həm də tərkibindəki "triptofan" sayəsində sinir sisteminin yaxşı işləməsinə kömək edir. Rahatlaşdırıcı və sakitləşdirici təsir göstərir. Ona görə də bəzi həkimlər kefirin ən az antidepressantlar qədər təsirli olduğunu deyirlər.

- Zəifliyə, yuxusuzluğa və yorğunluğa da xeyirlidir.

- Tərkibindəki kalsium və maqneziumla menopozdan əvvəl və sonra sümük itkisinin qarşısını alır.

- İltihab əleyhinə təsirə malikdir.



Aysel