Antiteli olanlar da, peyvənd edilənlər də təkrar yoluxacaq- ALİMLƏR

  • 2021.01.22 18:42
  • 2065 Baxış
Antiteli olanlar da, peyvənd edilənlər də təkrar yoluxacaq - ALİMLƏR

Orqanizmdə virusa qarşı anticisimlər yaransa da bu yoluxmamaq barədə tam zəmanət deyil.

Medicina.az xəbər verir ki, Çin alimlərinin yeni elmi tədqiqatlarının nəticəsində belə bildirilib.

Antiteli olanlar, eləcə də peyvənd olunub bədənində antikorlar yarananlar istər-istəməz onsuz da yoluxma riski daşıyır və yoluxa bilərlər.
Tibb işçiləri 273 pasiyent qrupunu təhlil ediblər. Onların yarısı sağalandan sonrakı 19-55 –ci gündən təkrar yoluxublar.

Mütəxəssislər bunun səbəbini belə izah edir:
Ya orqanizm virusdan sonra hələ zəif olub, yeni hücuma məruz qalıb

Və yaxud ikinci dəfə başqa mutasiya ilə yoluxma baş verib

Orqanizmdə birinci yoluxmada hasil olan T hüceyrələr ikinci mutasiyalı virusu tanımayıb.