Appendiks immunitet üçün vacib orqandır - Həkim

  • 2022.09.09 18:01
  • 2130 Baxış
Appendiks immunitet üçün vacib orqandır  - Həkim


Kor bağırsaq dediyimiz appendiks çoxunun təqdim olunduğu kimi lazımsız çıxıntı deyil.


"Medicina" xəbər verir ki, ali dərəcəli terapevt Aleksey Vodovozov apppendiksin insan orqanizmində rolunu açıqlayıb.

Əslində onu tez kəsib atmaq yox, müalicə etməyə çalışın.


"Yeni elmi məlumatlara görə, appendiksdə daha çox miqdarda immun hüceyrələr- limfositlər yerləşir.

Belə izah edək ki, bu kisə sanki məşq düşərgəsidir.Limfosuitlərə orda immunitet dərsi keçilir.

Bu orqandan çox miqdarda yad bakteriya keçir və orqan onu zərərsizləşdirir.

Məhz appendiks bağırsaq mikroflorasının bərpasında rol oynayır.

Əgər o iltihablanıbsa, antibiotiklərlə müalicə etmək olar.

Amma əgər o partlamaq dərəcəsinə gəlibsə, əməliyyat göstərişdir.

Aygün Musayeva