Appendisit əməliyyatı necə həyata keçirilir? - VİDEO

  • 16 Okt 2019 16:42
  • 2983 Baxış
Appendisit əməliyyatı necə həyata keçirilir? -  VİDEO
Appendisit əməliyyatı, kor bağırsağın ucunda yerləşən appendisit iltihablanması nəticəsində, orqanizmdən çıxarılması üçün keçirilən cərrahi əməliyyatdır.



Medicina.az sizə appendisit haqqında ümumi məlumatı və təsəvvür yaratmaq üçün əməliyyat prosesinin animasiyalı görüntülərini təqdim edir.

 

Orqanizm üçün faydası tam olaraq bilinməyən appendisitin iltihablandığı zaman mütləq müalicə edilib çıxarılması lazımdır. Əks halda qarın pərdəsi iltihablanmasına yol açır. Yaşları 10-30 arası olan insanlarda daha tez-tez rast gəlinən bir haldır.


Əlamətləri


İltihabın ən qabarıq xüsusiyyəti künt şəklində başlayan qarın ağrılarıdır. Göbək ətrafında başlayan ağrı, bir müddət sonra qarının sağ aşağı hissəsində hiss edilir. Hərəkətlə, sarsılmaqla, gülməklə belə şiddətini artırır. Davamlı şəkildə ağrımağa başlayan bölgədə appendisit partlaması meydana gələrsə, ağrı bir müddət dayanır. Ancaq qızdırmanın yüksəlməsilə yenidən başlayır.


Appendisit əməliyyatından əvvəl nə edilməldir?

Əməliyyatdan 5-6 saat əvvəl aç qalmaq lazımdır. Əlamətlərlə birlikdə buna diqqət edilməlidir. Əməliyyatdan əvvəl xəstə anesteziya mütəxəssisi tərəfindən kontrol edilərək lazımi tədbirlərin alınmasına çalışılır. Xəstənin istifadə etdiyi dərmanlar sorğu-sual olunaraq qan durulaşdırıcı dərman qəbul edənlərdə lazımi tədbirlər görülməlidir. Təcili bir əməliyyat olduğuna görə gözlətmək olmaz.


Appendisit əməliyyatı necə aparılır?

Bu əməliyyatlar açıq və ya qapalı olaraq həyata keçirilir. Açıq tətbiq edilən əməliyyatlarda, ümumi anesteziya ya da beldən aşağı hissəsi uyuşturulan xəstənin qarnının sağ alt tərəfinə 2-3 sm bir kəsik atılır. Təxminən 20-30 dəqiqə davam edən əməliyyatda, appendistin kökü və damarı bağlanaraq çıxardılır.Diaqnozun dəqiq olmadığı hallarda göbəyin alt qisminə kəsik atıla bilər.Qapalı olaraq tətbiq edilən əməliyyatlarda xəstəyə ümumi anesteziya verilərək yatırılır. 30 dəqiqə ərzində qarından açılan dəliklərdən girilərək , ekrandan baxaraq əməliyyat həyata keçirilir.


Əməliyyatdan sonra nə edilməlidir?

Appendisitin xaric edilməsi orqanizmdə hər hansı bir funksiya pozğunluğuna yol açmaz. Xəstə normal şəraitdə əməliyyatdan sonra ayağa qalxıb yeriyə bilər. Xüsusi qidalanmaya ehtiyac duyulmaz. Ağrı kəsici və antibiotik verilərək xəstə evinə göndərilir. 2-3 gün müddətində bağlı qalacaq olan yara, 3-cü gün sarğı edilərək açılır. Appendisitdə partlama,plastron inkişafı olan xəstələr bir müddət təqib edilir. Xəstələrin əməliyyatdan sonra ağır əşyalar qaldırmamalı, ağır işlərdən və məşqdən uzaq durmalıdır. Açıq tikişlər varsa, bunlar bir həftə sonra sökülməlidir.