"Apple" bütün mağazalarını bağlayır

  • 2020.03.15 00:25
  • 2263 Baxış
"Apple" bütün mağazalarını bağlayır
“Apple” şirkəti koronavirusa görə Çindən başqa bütün dövlətlərin ərazisində yerləşən pərakəndə satış mağazalarını bağlayıb.

Bu barədə şirkətdən rəsmi açıqlama verilib.

Mağazaların iki həftəlik bağlanmasına qərar verilib.

“Apple”ın Çindən kənarda 460 mağazası var və onlardan ən çoxu - 270 ədədi ABŞ-dadır.

Açıqlamada bildirilir ki, şirkətin işçiləri evdən işləyəcək və hamısı maaşlarını alacaq.

“Apple”ın koronavirusdan ən çox zərər çəkən şirkətlərdən biri olduğu bildirilir.