Aptek müdiri bu səbəbdən saxlanıldı - Mingəçevirdə

  • 25 Noy 2019 11:58
  • 1197 Baxış
Aptek müdiri bu səbəbdən saxlanıldı -  Mingəçevirdə

Mingəçevir Şəhər Polis Şöbəsinə şəhərdə fəaliyyət göstərən apteklərdən birində güclü təsiredici dərmanların qanunsuz şəkildə satılması barədə məlumat daxil olub.


Medicina.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dərman preparatlarını qanunsuz olaraq satdığı üçün aptekin müdiri Eldəniz Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Aptekə keçirilmiş baxış zamanı oradan 77 ədəd güclü təsiredici xüsusiyyətlərə malik dərman preparatları aşkar olunaraq götürülüb.


Faktla bağlı ŞPŞ-də araşdırma aparılır.