Aptekdə dərman əvəzinə KONFET SATILIR - VİDEO

  • 2017.10.26 15:16
  • 26951 Baxış
Aptekdə dərman əvəzinə  KONFET SATILIR - VİDEO
Barselonada yerləşən aptekdə "xoşbəxt həblər" adı altında konfetlər satılır. 


Medicina.az xəbər verir ki, sosial şəbəkədə yayılan video kifayət qədər insanların marağına səbəb olub.


Videoda maraqlı formalarda konfet satan aptekin götüntüləri əks olunub. Dərman qutularında həblər əvəzinə bir-birindən rəngli fərqli quruluşda şirniyyatlar satılır.


Qeyd edək ki,  Domingo Ojeda adlı şəxs 2007-ci ildə şirniyyat mərkəzi açmaq fikrinə düşüb. O, mərkəzi insanlara fərqli tərzdə tanıtmaq istədiyi üçün addımı atıb.


Hazırda İspaniya və Koreyada mağazanın bir neçə şöbəsi fəaliyyət göstərir.