Uzman pediatr Züleyxa Ziyadova arı sancması ilə bağlı valideynlərə məsləhətlər verib.
Medicina.az xəbər verir ki, həkimin sözlərinə görə, arı sancması zamanı ilk növbədə sakit qalmaq və düzgün müdaxilə etmək vacibdir:
"Əgər arının iynəsi dəridə qalıbsa, onu mümkün qədər tez çıxarmaq tövsiyə olunur. Daha sonra sancılan nahiyə sabunlu su ilə yuyulmalı və şişkinliyi azaltmaq üçün soyuq kompres tətbiq edilməlidir. Sancma yerində ağrı, qızartı və yüngül şişkinlik adətən normal reaksiyadır və bir neçə gün ərzində azalır. Nahiyəni qaşımaq isə həm şişkinliyi artıra, həm də infeksiya riskini yüksəldə bilər. Əgər şişkinlik sürətlə artırsa, nəfəs almaqda çətinlik, üz və dodaqlarda şişkinlik, bilinç dəyişikliyi, qusma və bayılma kimi əlamətlər olarsa, təcili həkim müdaxiləsi edilməlidir".
Aygün
Medicina.az