Arif Quliyevin xanımının vəziyyəti pisdir - 2 xəstəliyi var

  • 2024.02.17 15:43
  • 853 Baxış
Arif Quliyevin xanımının vəziyyəti pisdir  -  2 xəstəliyi var


Xalq artisti mərhum Arif Quliyevin həyat yoldaşı Gülzar xanımın səhhəti pisləşib.

"Medicina" xəbər verir ki, Moderator.az-a aktyorun oğlu Rövşən Quliyev açıqlama verib.

“Artıq 8 ildir ki, anam qaraciyər serrozundan əziyyət çəkir. 5-6 gün bundan öncə yenidən halı pisləşdi. Biz onsuz da onu həmişə müalicə edirdik. Həkim çağırdıq, dedi ki, insult keçirdib. İnsultun ağır formasıdır. Qaraciyər xəstəliyi qalıb kənarda insultu müalicə edirik. Sol tərəfi işləmir. Hələ ki, ayağa qalxa bilmir, ev şəraitində müalicə alır. Vəziyyəti ağır olaraq qalır. 5 gündür yatmırıq. Təkcə çarə dualara qalıb.

Atamın dostlarından müalicəyə kömək edənlər var. Düzdür, dərmanları çox bahadır. Amma yenə də köməksiz qalmırıq. Atam bu gün həyatda olmasa da adı bizə kömək olur. Özümüz də nələrsə etməyə çalışırıq”.