Arıq və hündür gənclərdə rast gəlinən ürək problemi

  • 2021.12.23 16:23
  • 1379 Baxış
Arıq və hündür gənclərdə rast gəlinən ürək problemi

Hər kəsdə cüzi də olsa qapaqların sol qulaqcığa doğru əyilməsi var. Bu "yalançı" prolapsdır. Mitral qapağın prolapsı (həqiqi prolaps) – mitral tayların sistola fazasında sol qulaqcıq boşluğuna daha çox qabarması ilə xarakterizə olunan qapaq qüsurudur.

Bu barədə məlumat verən ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bildirib ki, mitral qapaq prolapsı ürəkdəki dörd qapaqdan biri olan mitral qapaqların çökməsi deməkdir. Əsasən gənclərdə, hündür və arıq şəxslərdə rastlanır.

Əlamətləri

tez yorulma;
baş ağrıları;
başgicəllənmə;
təngnəfəslik;
kardial ağrılar;
bayılma;
ürəkdöyünmə;
aritmiya;
tərləmə;
ətrafların soyuq olması.

Prolaps birincili və ikincili ola bilər. Birincili prolaps anadangəlmə sindrom hesab olunur və qapaq və əzələ-xorda strukturunda dəyişikliklə izah olunur. İkincili prolaps hər hansı bir xəstəliyin ağırlaşması kimi meydana çıxır. Əsas iltihabi səbəblərdən biri revmatizmdir.

Həkimin sözlərinə görə, proqnoz qənaətbəxşdir. Erkən diaqnoz proqnoza təsir edir:

"Müalicə əsasən konservativ yolla (anti-aritmik, sedativ vasitələr, antikoaqulyantlar) aparılır. Hemodinamik əhəmiyyətli mitral requrgitasiya, ürək çatışmazlığının proqressivləşməsi zamanı mitral qapağın protezlənməsinə ehtiyac yaranır". /aztibb.az/