Arıqlamaq və sağlam qalmaq üçün yeni trend: 3-3-30 metodu

  • 2026.07.23 12:42
  • 358 Baxış
Arıqlamaq və sağlam qalmaq üçün yeni trend:  3-3-30 metodu

Uzun müddət oturaq çalışanlar üçün hazırlanan 3-3-30 yapon gəzinti metodu son vaxtlar diqqət çəkir.

Medicina.az xəbər verir ki, bu üsul 3 dəqiqə sürətli, ardından 3 dəqiqə yavaş templə yeriməyi və bunu 5 dəfə təkrarlayaraq ümumilikdə 30 dəqiqə gəzməyi nəzərdə tutur.

Yapon alimlərinin araşdırmalarına görə, bu interval gəzinti üsulu qan təzyiqinin azalmasına, ayaq əzələlərinin güclənməsinə və ürək-damar sağlamlığının yaxşılaşmasına kömək edə bilər. Mütəxəssislər hesab edirlər ki, bu metod gündəlik 10 min addımı tamamlamaqda çətinlik çəkənlər üçün daha praktik alternativ ola bilər.

Xanım,
Medicina.az