Həkimlər arıq olmağın sağlamlıq olduğunu desə də, alimlər çəki azılğının ömrü 8 il azalda biləcəyini sübut ediblər.
“Medicina” xəbər verir ki, , Norveç alimləri həddindən artıq arıqlamağın ömrü qısalda biləcəyi qənaətinə gəliblər.
Onlar hesab edirlər ki, böyüklərdə bədən çəkisinin çox aşağı olmasının vaxtından əvvəl ölüm riski ilə əlaqəsi var.
Mütəxəssislər araşdırma zamanı müxtəlif bədən tiplərinə malik insanların çəkisini və ömür müddətini müqayisə ediblər.
Məlum olub ki, artıq bədən çəkisi insanın ömrünü qısaldan müxtəlif sağlamlıq riskləri ilə əlaqələndirilsə də, çox arıq olmaq daha təhlükəlidir.
Mütəxəssislər deyirlər ki, artıq çəki orta hesabla dörd il, az çəki isə 8 il ömrü azaldır.
Piylənməyə meyilli insanlar ürək-damar xəstəlikləri, şəkərli diabet və oynaq xəstəliklərindən, çox arıq olanlar isə bədxassəli yenitörəmələrdən, insultdan və depressiyadan əziyyət çəkirlər.
Aygün Musayeva