“Arka sokaklar”ın aktyoru xərçəngə tutuldu - FOTO

  • 2021.05.06 09:22
  • 2310 Baxış
“Arka sokaklar”ın aktyoru xərçəngə tutuldu -  FOTO
Türkiyənin sevilən “Arka sokaklar” serialının Volkan obrazını canlandıran gənc aktyoru Boğaç Aksoy xərçəng xəstəliyinə tutulub.

Medicina.az xəbər verir ki, bununla bağlı 32 yaşlı aktyor “Instagram” hesabında yazıb:

“... Təəssüf hissi ilə bildirmək istəyirəm ki, Lenfoma xərçənginə tutulmuşam... Ən yaxın zamanda ayağa qalxmaq üçün əlimdən gələni edəcəyəm. Dualarınızı əsirgəməyin...”.