Artrit xəstələri üçün müalicəvi çay

  • 09 Okt 2021 18:10
  • 446 Baxış
Artrit xəstələri üçün  müalicəvi çay


Artrit və artroz da iltihabı azaltmaq üçün xəstələrə bəzi ərzaq və içkilər kömək edə bilər. Antioksidant və iltihab əleyhinə təsirli belə vasitələrdən biri də keyfiyyətli yaşıl çaydır.


Medicina.az xəbər verir ki, artrit xəstələri bacardıqca müntəzəm olaraq yaşıl çay içməlidir.

Bu çayda polifenollar və antioksidantlar qığırdağın dağılnası sürətini azaldır.

Osteoartrit daha çox qadınlarda 40 yaşdan sonra inkişaf edir.

Bu xəstələr rafinə olunmuş qidalar, karbohidrat, şəkər, şirniyyat az yeməlidir.
Onlara təzə meyvə şirəsi, qazlı içkilər, şirin rəngli şirələr, qəhvə qadağandır.