Artrit xəstələri üçün təsirli qidalar

  • 2023.05.04 16:30
  • 1527 Baxış
Artrit xəstələri üçün təsirli qidalar
Artritin növündən asılı olaraq, xəstəlik oynaqlarda ağrı, şişlik, sərtlik və hərəkət problemlərinə səbəb olur.

“Medicina” xəbər verir ki, həkim Tatyana Zaxarovanın sözlərinə görə, yüksək dərəcədə emal edilmiş qidalardan və qırmızı ətdən çəkinin. Çünki onlar iltihaba səbəb ola bilər.

“Artrit ağrısını aradan qaldıran qidalar aşagıdakılardır:

Bütün taxıl qidaları – səhər yeməyində taxıl qidaları ilə yanaşı, yulaf əzməsini və qəhvəyi düyü istifadə etmək olar. Bu qidalar revmatoid artrit ilə əlaqəli mədə problemlərini aradan qaldırmağa kömək edən antioksidantlarla doludur.

Giləmeyvələr - əsasən çiyələk və moruğu qatıqla qarışdırıb, desert kimi yeyin. Qaragilə və böyürtkən də istifadə etmək olar.

Sarımsaq - tərkibində qığırdaqları zədələyən fermentləri azaldan və oynaqları artritdən qorumağa kömək edən diallil disulfid var.

Yağlı balıq - buxarda hazırlanmış qızılbalıq, skumbriya, alabalıq və ton balığı oynaqlarda iltihabla mübarizə aparan, şişkinliyi və ağrıları azaldan omeqa-3 yağ turşuları ilə zəngin balıqlardır.

Sarıkök - sitokinləri bloklayaraq və fermentləri zədələməklə birgə ağrıları və şişkinliyi azaltmağa kömək edə bilər.

Yaşıl tərvəz - osteoartritin oynaqlarınızdakı qığırdaqlara verdiyi zərərin qarşısını almağa və ya yavaşlatmağa kömək etdiyi bilinən sulforafanla doludur.

Günay Quluzadə