Artritlə artrozun fərqi AÇIQLANDI

  • 2022.09.08 17:47
  • 1332 Baxış
Artritlə artrozun fərqi    AÇIQLANDI


Hazırda oynaq ağrıları içində artrozlar birinci yerdədir.


"Medicina" xəbər verir ki, artroza bənzər digər xəstəlik artritdir.
Çoxları bu xəstəlikləri eyni bilir.

Limfologiya institutunun direktoru həkim Maksim Korolev artritlə artrozun fərqini izah edib.

"Bunlar fərqli xarakteristikaya malik degenerativ iltihabi xəstəliklərdir.


Artroz oynaqların təbii qocalmasıdır.
50 yaşdan sonra 80% insanlarda olur.
Artrit isə autoimmun iltihabi xəstəlikdir.
Artritlərdə ağrı səhərlər olur, qeyri-steroid preparatlar ağrını götürür.

Artrozlarda isə ağrı axşam olur, preparatlar az effektivdir, oynağı rahat qoyanda da kömək etmir.

Auotimun xəstəliklər uşaqlıqda da, yaşlaşanda da ola bilər.

Pik vaxt 40 yaşdan sonradır. Hər ikisinin müalicəsi fərqlidir"

Aygün Musayeva