Aspirin və koronavirus – Təsiri varmı?

  • 2020.10.27 16:10
  • 12637 Baxış
Aspirin və koronavirus  – Təsiri varmı?

Aspirinin koronavirus müalicəsində rolu barədə yeni elmi tədqiqat aparılıb.

Medicina.az xəbər verir ki, ABŞ Meriland universitetinin alimləri aspirinin ağır gedişatlı və süni tənəffüs aparatında olan xəstələrə təsirini araşdırıblar.

412 pasiyent üzərində aparılan müşahidələr göstərib ki, aspirin ölüm riskini azaldıb.
Aspirin qəbul edən 98 nəfərdə ciddi simptomlar azalıb.

“Aspirin qəbul edən qrupdan 35% xəstə süni tənəffüs aparatına ehtiyac duydu. Aspirin qəbul etməyən qrupda isə bu rəqəm 49% idi.
Aspirin eləcə də intensiv terapiya riskini də 12% azaltdıb”.

Koronavirus xəstələrinin aspirin qəbul etməsi ağciyərlərin təhlükəli zədələnmələrindən də qoruyur.
Lakin xəstəliyi yüngül keçirən xəstələr həkim nəzarəti olmadan aspirin qəbul etməməlidir.

Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.