Aspirinin 3 əks-təsiri - Daxili qanama verə bilər

  • 2021.10.19 17:45
  • 2719 Baxış
  Aspirinin 3 əks-təsiri   - Daxili qanama verə bilər

Möcüzə dərman adlandırılan qandurulducu aspirinin təhlükəli əks-təsirləri də var.

Medicina.az xəbər verir ki, amerikalı həkim kardioloq Kristofer Kennon aspirinin mədəyə zərərinin 3 simptomunu açıqlayıb.


İstənilən aşağı doza belə aspirin qəbul edən xəstə mədəsində ən kiçik narahatlıq olan kimi həkiminə xəbər verməlidir.
Daxili qanaxma zamanı qan analizində eritrositlərin aşağı düşməsi- anemiya görülür.

Qırmızı qan hüceyrələrinin azalması o deməkdir ki, oksigenin daşınması zəifdir.

Anemiyanın əlamətləri:

-Yorğunluq, halsızlıq
- Başgicəllənmə
- Təngnəfəslik

- Qulaqlarda küy və ya fit səsi
- Baş sıxılması
- Ağarmış üz dərisi
- Soyuq əl-ayaqlar

- Döş qəfəsində ağırlıq
- Dodaqlarda göyərmə

Aspirinin səbəb olacağı daha ağır qanamalarda nəcis qara rəng alır. Nadir halda qanlı ishal, qusma olur.

Bu zərərləri azaltmaq üçün aspirini yemək zamanı, dolu mədəyə qəbul etmək lazımdır.

Aspirin qəbul edənlər iltihab əleyhinə dərmanlar, naproksin və ibuprofen qəbul etməməlidir.