Astarada 10 aylıq körpə öldü -Açıqlama

  • 2025.09.02 11:20
  • 137 Baxış
Astarada 10 aylıq körpə öldü - Açıqlama

Astarada ölən 10 aylıq körpə komatoz vəziyyətdə xəstəxanaya çatdırılıbmış.

Medicina.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, ilkin müayinə zamanı körpədə ürək və nəbz döyüntüləri müşahidə edilməyib:
"Sentyabrın 1-də saat 20:00-da bir körpə (kişi cinsli) komatoz vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

İlkin müayinə zamanı körpədə ürək və nəbz döyüntüləri müşahidə edilməyib.
Göstərilən bütün zəruri tibbi xidmətlərə və həkimlərin səylərinə baxmayaraq, saat 20:30-da körpənin ölüm faktı qeydə alınıb".

Xatırladaq ki, ötən gün Astara rayonunun Siyəkü kənd sakini - 2024-cü il təvəllüdlü körpə Elcan Taleh oğlu Həsənzadənin bədən hərarəti yüksəlib, körpənin valideynləri zəhərləndiyini düşünərək ona sodalı su içiriblər.