Astması olanlar balıq yesin

  • 2025.10.17 19:11
  • 60 Baxış
Astması olanlar balıq yesin

Uşaqlıqda kifayət qədər miqdarda alabalıq, skumbriya və sardina yemək astma inkişaf riskini yarıya endirir.


“Medicina” xəbər verir ki, London Kraliça Meri Universitetinin alimləri belə nəticəyə gəliblər.


Bu, Böyük Britaniyada 1990-cı illərdə doğulmuş 4500 uşaq üzərində aparılan araşdırmanın nəticələridir. Alimlər onların sağlamlığını və qidalanmasını doğumdan yeniyetməlik dövrünə qədər izləyiblər.

Müəyyən edilib ki, sağlam omeqa-3 yağ turşusu qəbul edən uşaqlarda həyati təhlükəsi olan tənəffüs xəstəliklərinə daha az rast gəlinir.


Böyük Britaniyada ekspertlər qeyd edirlər ki, 5-11 yaşlı uşaqları olan gənc ailələr ən az balıq istehlak edirlər – ailələrin yalnız 25%-i həftədə ən azı iki dəfə balıq məhsullarını öz pəhrizlərinə daxil edir. Hər 11 uşaqdan biri və ya 1,1 milyon uşaq astma xəstəliyindən müalicə olunur. Əksər hallarda xəstəlik tədqiqatçıların vurğuladığı kimi uşaqlıqda başlayır.

Astma uşaqlıqda ən çox rast gəlinən xroniki xəstəlikdir və elmdə tam müalicəsi barədə məlumat yoxdur. Mümkündür ki, pis qidalanma xəstəliyin riskini artıra bilər, lakin son vaxtlara qədər tədqiqatların əksəriyyəti pəhriz və astma arasındakı əlaqəni yalnız qısa müddətlik qiymətləndirirdi.


Aygün M.
MEDİCİNA.AZ