“AstraZeneca”nın 60 yaşdan yuxarı şəxslərə vurulmasının səbəbi - Həkim açıqladı

  • 2021.06.18 16:00
  • 1416 Baxış
“AstraZeneca”nın 60 yaşdan yuxarı şəxslərə vurulmasının səbəbi -  Həkim açıqladı
COVAX platformasının dəstəyi ilə istehsal olunan “AstraZeneka” vaksininin 60 yaşdan yuxarı şəxslərə vurulması həmin vaksinin məhdud sayda olması ilə bağlıdır.

Medicina.az xəbər veri ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəsetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

O bildirib ki, bu vaksin ölkəyə məhdud sayda gətirilib və buna görə də ilkin mərhələdə yaşlı və xroniki xəstəliklərdən əziyyət çəkənlərə vurulması nəzərdə tutulub:

“Bu, vaksinasiya ilə bağlı mövcud standartda da qeyd olunub”.