"Ata-anada bronxial astma varsa, uşaqda da ola bilər" - Səhiyyə naziri mütəxəssisi

  • 2022.05.04 15:53
  • 1879 Baxış
"Ata-anada bronxial astma varsa, uşaqda da ola bilər"   - Səhiyyə naziri mütəxəssisi

“Bronxial astma xəstəliyinin ortaya çıxmasında yaş məhdudiyyəti yoxdur, ilk növbədə allergiya ilə təmasdan sonra başlayır”.

Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr-allerqoloq Tahirə Pənahova "Bronxial astma xəstəliyi" mövzusunda danışarkən deyib.

O bildirib ki, xəstəliyin simptomları öskürək, boğulma, təngnəfəslik, fitverici tənəffüz, döş qəfəsində ağrılardır:

"Bu xəstəliyin əmələ gəlməsində genetik faktor əsasdır. Valideynlərin hər ikisi bronxial astma xəstəsidirsə, uşaq da bu xəstəlik ola bilər. Valideynlərdən biri xəstədirsə, 20-30 faiz hallarda, yaxın qohumlarda olduqda 15 faiz hallarda həmin ailədə bronxial astmadan əziyyət çəkən uşaq doğula bilər. Bu xəstəlik əsasən ana xətti ilə keçir. Böyüklərdə isə əsasən qadınlarda bu xəstəliyə rast gəlinir".