"Atamın səhhətində heç bir irəliləyiş yoxdur" - Arif Quliyevin oğlu

  • 2021.05.03 11:38
  • 1503 Baxış
"Atamın səhhətində heç bir irəliləyiş yoxdur" -  Arif Quliyevin oğlu
Koronavirusa (COVID-19) yoluxan Xalq artisti Arif Quliyevin son durumu açıqlanıb.

Medicina.az -ın məlumatına görə, Xalq artistinin oğlu Rövşən Quliyev “Report”a bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır.

“Hələ də səhhətində heç bir irəliləyiş yoxdur. Müalicəsi davam edir, sistemlər qoşulur. Gözləyirik”, - o deyib.

Qeyd edək ki, A.Quliyevin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulub.