Autizm Assosiasiyasına yeni prezident seçildi

  • 2023.12.08 16:16
  • 1331 Baxış
Autizm Assosiasiyasına yeni prezident  seçildi


Bu gün Azərbaycan Autizm Assosiasiyasının idarə heyəti üzvlərinin iştirakı ilə toplantı keçirilib.


"Medicina" xəbər verir ki, Assosiasiyanın prezidenti və baş katibi vəzifələrinə seçkilər keçirilib.

Millət vəkili Jalə Əhmədova Azərbaycan Autizm Assosiasiyasının prezidenti, Tuxan Mahmudov Assosiasiyanın fəxri prezidenti, Elnur Məmmədli isə baş katibi seçiliblər.



Tədbirdə gündəlikdə yer alan digər məsələlər müzakirə olunub, bir sıra qərarlar qəbul edilib.