Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Avropa təşvişdə: tutuquşu qızdırmasından ölümlər artır

  • 2024.03.09 10:00
  • 2199 Baxış
Avropa təşvişdə: tutuquşu qızdırmasından ölümlər artır
Beş Avropa ölkəsində insanlar arasında tutuquşu qızdırmasına (psittakoz) yoluxma halları sürətlə artır.

Medicina.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliklə bağlı təcili xəbərdarlıq edib.

“Chlamydophila Psittaci” bakteriyasının törətdiyi virusa görə çoxsaylı ölüm xəbərləri Avropanı təşvişə salıb.

Avstriya, Danimarka, Almaniya, İsveç və Hollandiyada ilin əvvəlindən bəri 15 ilə 30 arasında yoluxma faktı aşkarlanıb. Hollandiyada təsdiqlənmiş beş ölüm faktı qeydə alınıb. Avstriya da bir neçə insanın xəstəlikdən öldüyünü təsdiqləsə də, ÜST-ə dəqiq rəqəm təqdim etməyib.

ÜST əsasən quşçuluq işçilərinin, baytarların, ev quşu saxlayanların və bağbanların təhlükə altında olduğunu açıqlayıb.
Xəstəliyin insanlara ötürülməsi əsasən tənəffüs yolu ilə, qurudulmuş nəcisdən və ya lələklərdən olan hissəciklərin inhalyasiyası ilə baş verir. İnfeksiyanın yoluxması üçün quşlarla birbaşa təmasda olmaq lazım deyil.

İnsanlarda simptomlara qızdırma, titrəmə, baş ağrısı, əzələ ağrıları və quru öskürək daxildir. Simptomlar adətən infeksiyaya yoluxduqdan 14 gün sonra üzə çıxır.

ÜST ev quşları saxlayan insanlara qəfəsləri təmiz saxlamağı, qəfəslərdəki quş sayının çox olmamasına diqqət yetirməyi və əllərini tez-tez yumağı tövsiyə edib.

ÜST qeyd edib ki, bu xəstəliyi daşıyan quşlar beynəlxalq sərhədləri keçə bilsələr də, hazırda xəstəliyin beynəlxalq miqyasda yayılmasına dair heç bir əlamət yoxdur.

“Ümumiyyətlə, insanlar tutuquşu qızdırmasına səbəb olan bakteriyaları başqa insanlara yoluxdurmurlar, ona görə də xəstəliyin insandan insana keçmə ehtimalı azdır. Dəqiq diaqnoz qoyularsa, bu patogen antibiotiklərlə müalicə edilə bilər”, - deyə ÜST-dən bildirilib.


Aysel