Avropada koronavirusla bağlı vəziyyət çox pisdir - ÜST

  • 2020.11.03 01:03
  • 2441 Baxış
Avropada koronavirusla bağlı vəziyyət çox pisdir   - ÜST
Bir çox Avropa ölkələrinin hökumətləri koronavirus pandemiyasına qarşı mübarizədə çox çətin vəziyyətlə qarşılaşır.

Bu barədə brifinqdə ÜST-ün fövqəladə hallar üzrə proqram direktoru Maykl Rayan bildirib.


M.Rayan qeyd edib ki, bir çox ölkələrinin hökumətləri çox çətin vəziyyətdədirlər:

"Onlar virusu nəzarət altına almalıdırlar və eyni zamanda infeksiyanın yayılmasının qarşısını almaq imkanları ciddi dərəcədə məhduddur".

M.Rayan qeyd edib ki, bunu nəzərə alaraq , ÜST etirazların Avropada niyə baş verdiyini başa düşür: "Görünür ki, insanlar çaşqınlıq altındadır, onlar yorulublar və normal həyata qayıtmaq istəyirlər".