Lənkəran şəhərində avtobusla vurulan velosipedçi xəstəxanada ölüb.
"Medicina" xəbər verir ki, 1997-ci il təvəllüdlü Kamal Cavadzadənin idarə etdiyi sərnişin avtobusu velosipedlə hərəkətdə olan, rayonun Şilim kənd sakini, 1969-cu il təvəllüdlü İsa Umud oğlu Babayevi vurub.
Velosipedçi ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada vəfat edib.